Bu bağçada uşaqlara qurdlu yemək verilir –   Gizli video

saytların hazırlanması

Evə çatdırılma

Bu bağçada uşaqlara qurdlu yemək verilir – Gizli video

Rəsmi

03 Avqust 2019 17:35 1518


Lənkəran şəhəri 5 saylı uşaq bağçasının keçmiş tərbiyəçisi Mirzəyevə Nuridə Arif qızı bağçanın müdiri Aybəniz Hüseynovanın ayrılan ərzağı təyinatı üzrə istifadə etmdiyi haqda ittihamlar səsləndirib:

"2014-2018-ci illərdə Lənkəran şəhər 5 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi vəzifəsində çalışmışam. İşdən çıxarılmağıma səbəb dövlət tərəfindən verilən ərzaqların təyinatı üzrə istifadə edilməməsi olub. Belə ki, bu barədə müdirimiz Aybəniz xanıma yaxşınlaşaraq, fikrimi bildirdim. Hətta məndən əvvəl valideynlər də narazılıqlarını bildirmişdilər.  

Aybəniz Hüseynova isə cavabında bildirib ki, xoşunuza gəlmirsə, uşağını başqa bağçaya apar. Mən Aybəniz xanıma o sözü deyəndən üç saat sonra icra nümayəndəliyindən Günəş adlı qadın gəldi və bildirdi ki, sənin bağçada hazırlanan yeməklərə qarışmağa ixtiyarın yoxdur.  Və mənə icra başçısının əmri ilə işdən azad edildiyimi dedi. Hazırda haqqımın tanınması üçün məhkəməyə müraciət etmişəm". Pepperoni pizza

N.Mirzəyeva valideynlərlə direktorun bu barədə söhbətindən çəkilmiş videonu da yayıb. Videoda valideynlər uşaqlara verilən yeməyin keyfiyyətsiz olduğunu, bəzi yeməklərdən qurd çıxdığını deyirlər. 

Direktor Aybəniz Hüseynova barəsində səsləndirilən fikirləri təkzib edir:

"O müəllimə işə gec gəlirdi, vaxta riayət etmirdi, uşaqlarla məşğələlər keçmirdi. Mən də ona irad bildirdim. Biz nümunəvi bağçayıq, qidayla bağlı problemimiz yoxdur. Dəfələrlə irad bildirsəm də, qaydalara əməl etmədi. Ona görə də işdən çıxarılıb".

Ölkə.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!