Türkiyədə "Terrorçuluqla Mübarizə haqqında qanun"da dəyişiklik edilib.
"Yeni Sabah" bildirir ki, bu barədə “Resmi Gazete” məlumat yayıb.
Dəyişikliyə əsasən, günahkarların tutulmasında, yerlərinin və ya kimliklərinin müəyyənləşdirilməsində kömək edənlərə veriləcək pul mükafatı artırılıb. Dominos pizza
Belə ki, hər bir tutarlı informasiya üçün 200 min lirə (təxminən 59 min manat) pul mükafatı vəd olunur. Bu informasiya terror qruplaşmasının rəhbərləri ilə bağlı olarsa, mükafat 10 milyon lirə (2,9 milyon manat) təşkil edəcək.
Telegram kanalımız