“Bu, bir növ hökumət üçün təhlükədir” -   Ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Bu, bir növ hökumət üçün təhlükədir” - Ekspert

İqtisadiyyat

30 May 2019 08:39 1243


Ölkədə fəaliyyət göstərən taxıl istehsalçıları və emalçılarının təşəbbüsü, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə "Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub.

27 mayda  bununla bağlı  Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzində dövlət qurumlarının nümayəndələrinin, taxıl istehsalı və emalı ilə məşğul olan sahibkarların iştirakı ilə tədbir keçirilib.

“Yeni Sabah” xəbər verir ki, məsələyə münasibət bildirən Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Toplum.Tv-yə deyib ki, belə qurumlar əslində təsərrüfat subyektlərinin hüququ və digər problemlərini  həll etmək, onların texniki təminatına yardım etmək məqsədi ilə yaradılır: "Ümumilikdə isə bu sahədə mövcud olan problemin həllində belə qurumların yaradılmasının faydası yoxdur. Onlar  problemlərin  hökumətə çatdırlamasında təşəbbüs göstərirlər. Ümumiyyətlə, bu sahədə olan problemlərin həlli, inkişafı hökumətin apardığı siyasətdən asılıdır. Marqarita pizza

Bu qurumlar ictimai əsaslarla yaranır. Onların nə maddi, nə də texiniki bazası var. Mövcud problemləri həll etmək üçün qurumların əllərində imkan da yox dərəcəsindədir”.  

Ekspert onu da vurğulayıb ki, belə bir qurumun yaradılmasını uzun müddət təklif ediblər: "Amma qurumun yaradılmasında məqsədimiz istehsalın artırılması, texniki bazanın yaxşılaşdırılması deyil. Bizim yaratmaq istədiyimiz qurumun məqsədi mövcud problemlərlə bağlı hökumətə tövsiyə hazırlamaqdır. Yaradılan qurumların işlərini əvvəllər qeyri-hökumət təşkilatları yerinə yetirirdi. Belə təşkilatların olması yaxşıdır. Çünki hökumət qeyri-hökumət təşkilatlarını rədd edir. Onların təkliflərini qısqanclıqla qarşılayır”, - Vahid Məhərrəmli deyib.

Ekspert həmçinin deyib ki, bu qurumların mövcud problemlərin həlli üçün cəsarətli addımlar atacağına inanmır: "Belə halda hökumət onları da rədd edəcək, təşəbbüs göstərənləri sıradan çıxaracaq. Nə qədər ki ölkədə normal demokratik cəmiyyət yoxdur, belə qurumların yaradılması ancaq imitasiya xarakterli olacaq. Belə qurumlar bütün ölkələrdə var. Azərbaycan kiçik ölkədir və mövcud problemləri həll etmək olardı. Bu qurumları yaratmaqla Qərbə göstərmək istəyirlər ki, biz təşəbbüsləri dəstəkləyirik, belə ictimai qurumları yaratmaqda maraqlıyıq.

Hökumət kimlərinsə qrup formasında təşəbbüs göstərməsinə, hər hansısa nəticə əldə etməsinə maraqlı deyil. Bu, bir növ hökumət üçün təhlükədir. Onlar düşünürlər ki, belə qurumlar sonradan hər hansı siyasi tələbi də irəli sürə bilər. Çünki  tək problem kənd təsərrüfatında deyil.  Ölkədə ədalətli məhkəmə sistemi qurulmayıb, məmur özbaşınalığı davam edir”, - deyə ekspert qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!