Bu, bizim təyyarənin qəza anı deyil –   Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bu, bizim təyyarənin qəza anı deyil – Rəsmi açıqlama

Kriminal

26 İyul 2019 08:23 2160


"Təyyarənin hərbi aerodromdan qalxdığı vaxt gecə vaxtı olub, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib. Burada isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür". 

“Yeni Sabah” xəbər verir ki, bunu Müdafiə Nazirliyindən sosial şəbəkələrdə guya MiQ-29 qırıcısının qəza anını əks etdirən video görüntünün yayılması barədə iddialara cavab verərkən bildirib.

Qeyd olunub ki, yayılan video görüntünün heç bir əsası yoxdur və yalandır. pizza hut

"Plana uğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Bu videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir, məhz buna görə də bu görüntülər saxtadır. İctimaiyyətə isə həmin videonu yaymamağa, o cümlədən inanmamağa çağırırıq", - deyə nazirliyin açıqlamasında vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!