Bu boşqablar satışdan yığışdırıldı - Psixologiyaya mənfi təsir edir

saytların hazırlanması

Evə çatdırılma

Bu boşqablar satışdan yığışdırıldı - Psixologiyaya mənfi təsir edir

Dünya

23 İyul 2019 15:20 1722


ABŞ-ın məşhur mağazalar şəbəkəsi "Macy"də satılan boşqablar insanlar arasında böyük narazıçılığa səbəb olub.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, 10 dollara satılan boşqabların üzərində çəkisinə diqqət etmək istəyən insanlar üçün 3 bölgü qoyulub. İlk bölgüyə “skinny jeans” ( çox dar şalvar), orta bölgüyə “favori jeans”,  sonuncu bölgüyə isə “mom jeans” (enli şalvar) sözləri qeyd olunub.

Sosial şəbəkələrdə bu boşqabların insan psixologiyasına mənfi təsir etdiyi, qadın bədənini müəyyən qəliblərə salmağa çalışan zehniyyətin məhsulu olduğu ilə bağlı fikirlər yazılıb. pizza

Baş verənlərdən sonra boşqablar bütün mağazalardan yığışdırılıb. Boşqabları istehsal edən şirkətin sədri Meri Kassidi isə alıcılardan üzr istəyib.

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!