Bu da həmin lyuk... – Xatirə fotosu çəkdirdilər

saytların hazırlanması

Evə çatdırılma

Bu da həmin lyuk... – Xatirə fotosu çəkdirdilər

İdman

28 Aprel 2019 16:41 1295


Bakıda keçirilən Formula 1 yarışının ilk günündə kanalizasiya lyukunun qapağının yerindən çıxması ilə yaşanan hadisə təkcə tənqidlə qarşılanmadı.

“Yeni Sabah” xəbər verir ki, bunu Formula 1 heyəti və həmçinin ölkəmizdə olan turistlər yarışın yaddaqalan elementi olaraq əyləncə kimi qarşılamağı da bacarıblar. Belə ki, yarışmanın texniki heyəti və modelləri ötən gün həmin lyukun başına toplaşaraq onunla “xatirə foto”su çəkdiriblər.

Foto sosial şəbəkələrdə maraqla qarşılanıb. pizza

Qeyd edək ki, Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadari də açıqlamasında bildirib ki, şəhər treklərinin xüsusiyyəti onların gözlənilməz olmasıdır: “Sıx məskunlaşmış şəhərdə F1 keçirməyin özəlliyi budur. Bu şəhər yarışlarını həm maraqlı, həm də yaddaqalan edir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!