Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarlar qrupu Qurban bayramında Səudiyyə Ərəbistanına yola düşür. Lakin hər il olduğu kimi bul il də Həcc ziyarətinə gedənləri, getmək istəyənləri qınayanlar da az deyil.
Bəzi adamlar iddia edirlər ki, həmin insanlar Məkkəyə getmək üçün ayırdıqları yol xərcini, vəsaiti ehtiyacı olan ailələrə, təhsil haqqını ödəyə bilməyən tələbələrə, şəhid və qazi ailəsinə versələr daha yaxşı olar.
Bəs görəsən bu cür müqayisə nə dərəcədə doğrudur? pizza sifarişi
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar incəsənət xadimi Baba Vəziroğlu bildirib ki, bu gün hətta imkanı olmayanlar da borc-xərclə Həcc ziyarətinə getməyə can atır:
"Bədbəxt Mirzə Cəlil, Sabir bu mövzu haqda 100 il bundan qabaq deyib, danışıb, yazıb. İkincisi, bu gün özünü kasıb təbəqə adlandırıb, kimdənsə kömək umanlar var, həmin insanlar özü gedib mal-qarasını satır, kredit alıb üstünü düzəldir, pul toplayıb Həccə gedir. Mirzə Cəlilin qəhrəmanı olan Məmmədhəsən əmilər bu gün də var. "Eşşəyin itməkliyi" əsərində olduğu kimi eşşəyini satıb bunu edənlər xeyli çoxdur.
Pulu olan dəfələrlə Həccə gedir, hətta 30-36 dəfə gedənlər də var. Bunlar öz yerində, Məmmədhəsən əmilər də gedir. Təsəvvür edin, əlində nəyi varsa, satır. Onsuz da heç nəyi yoxdur, əlində qalan son şeyləri də satır ki, Həccə gedəcəyəm".
B.Vəziroğlunun sözlərinə görə, ziyarətə getməyi kiməsə qadağan etmək olmaz, bu, mənəviyyat məsələsidir:
"İkincisi, insanların dediyi "Əvvəlcə öz ac qonşusuna, qohumuna yardım etsinlər, məzlumları doyursunlar" məsələsinə gəldikdə, bu Quranda da deyilir. Şəriət də, müqəddəs kitab da bunu deyir, burada qeyri-adi, təzə heç nə yoxdur. Bir şey də var ki, biz demokratik cəmiyyətdə yaşayırıq, düzdür Şərq demokratiyası Qərb demokratiyasından bir qədər fərqlidir, amma biz hər bir halda, kiməsə qadağan edə bilmərik ki, yox, sən Həccə getmə, əvvəlcə ac olan qardaşına bir tikə çörək ver və s. Biz bunu deyə bilmirik, onsuz da desək də, mənası yoxdur, çünki bu, vicdan, mənəviyyat məsələsidir. Bu deməklə olmur. Həm də bu sırf mənəviyyat məsələsi olduğu üçün dövlət buna qarışa bilmir. İnsanlar da iki şeydən qorxmalıdır: dövlətdən və dindən. Dövlət onu bu dünyada həbs edə bilər, din də deyir ki, o dünyada səni cəhənnəmdə yandıracağam. Bizdə o iman yoxdur. Olsa, heç bu polemikalara da ehtiyac olmaz. İnsanlar özü başa düşər ki, ac, məzlumlar, bir tikə çörək tapa bilməyənlər var, ən böyük Həcc elə onlara yardım etməkdir. Amma bir daha qeyd edim ki, biz heç kimə nəyisə qadağam etmək olmaz. Gedənlərə yalnız "yaxşı yol" və "sağ-salamat gələsən" deyə bilərik.
Bu gün Məmmədhəsən əmilər yaşayır, hətta bir az da çoxalıblar. Təəssüf ki, bu gün bizim Mirzə Cəlilimiz, Sabirimiz yoxdur. Amma Məmmədhəsənimiz, Xudayar bəyimiz nə qədər desən var..."
Əsmətxanım Rzazadə
Telegram kanalımız