Həftəsonunu rayonlarda keçirənlərin nəzərinə -   Hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Həftəsonunu rayonlarda keçirənlərin nəzərinə - Hava necə olacaq?

Sosial

20 Fevral 2026 13:12 339


Azərbaycanın rayon və şəhərlərində fevralın 21-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi axşam saatlarında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4–7° isti, gündüz 14–18° isti təşkil edəcək. Atmosfer təzyiqi 771 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80–85 %, gündüz 65–70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2–7° isti, gündüz 16–21° isti, dağlıq ərazilərdə gecə 0–4° isti olacaq. Dördpendirli pizza

Naxçıvan şəhəri və Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq, arabir duman olacaq. Qərb küləyi əsəcək. Temperatur gecə 1–6° isti, gündüz 16–21° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy və Göygöldə temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 12–17° isti olacaq.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda temperatur gecə 0–5° isti, dağlıq ərazilərdə 5° şaxta, gündüz 12–17° isti təşkil edəcək.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda əsasən yağmursuz hava olacaq, arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Temperatur gecə 0–5° isti, gündüz 16–21° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda əsasən yağmursuz hava şəraiti gözlənilir, arabir duman olacaq. Qərb küləyi əsəcək. Temperatur gecə 0–5° isti, dağlarda gecə 3–8° şaxta, gündüz 15–19° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada temperatur gecə 2–7° isti, gündüz 16–21° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara və Cəlilabadda əsasən yağmursuz hava gözlənilir, arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 5–8° isti, dağlarda gecə 3–6° isti, gündüz 16–20° isti, dağlıq ərazilərdə isə gündüz 12–16° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!