Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının pensiyaları ödənilib.
“Yeni Sabah” xəbər verir ki, pensiyalar yanvar ayı üzrə nəzərdə tutulan artım məbləği ilə birlikdə vətəndaşların kart hesablarına köçürülüb.
Artımlar bütün növ əmək pensiyalarına şamil olunub və tam şəkildə verilib. pizza
Qrafikə uyğun olaraq digər şəhər və rayonlar üzrə də ödənişlərin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, hər ilin əvvəlində pensiyaların indeksləşdirilməsi aparılır və artım əvvəlki ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun müəyyən edilir.
Prezident İlham Əliyevin yeni "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamı ilə 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3% indeksləşdirilməklə artırılıb.
Aytac Əliyeva
Telegram kanalımız