“Bu, əsla pozğunluq deyil...“ - Müğənni direktoru tənqid etdi

saytların hazırlanması

Evə çatdırılma

“Bu, əsla pozğunluq deyil...“ - Müğənni direktoru tənqid etdi

Sosial

09 Aprel 2019 15:43 883


Xalq artisti Brilliant Dadaşova 162 saylı məktəbdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı təhqiramiz ifadələr işlədən direktoru Sevinc Abbasovanı tənqid edib. 

“Yeni Sabah” xəbər verir ki, ifaçı bu barədə İnstaqramda yazıb: 

“Müəllim, sizə ayıb olsun. Atam Süleyman Dadaşov da pedaqoq idi və biz ondan ailələrdə mövcud çətinliklərin təsirini çox eşitmişdik. Bir şagirdin ailəsində problem varsa, deməli, siz o uşağa daha çox diqqət ayırmalı idiniz, digər tərəfdən Elinanın anası ikinci dəfə ailə qurubsa, bu, əsla pozğunluq deyil və buna görə o uşaq həyatı bahasına hesab verməməli idi. Təəssüf edirəm, siz elementar insani keyfiyyətlərdən belə məhrumsunuz, qalsın ki, müqəddəs müəllim həssaslığı”.  Dominos pizza

Qeyd edək ki, Sevinc Abbasova Elina ilə bağlı fikirlərində “Yazın ki, pozğun, uğursuz ailənin uşağıdır. Valideyn ikinci dəfə ərə gedib, balaca uşaqları var və bununla maraqlanmayıb” sözlərini işlətmişdi. 

Qeyd edək ki, direktor işdən çıxarılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!