Bu film Gürcüstanda etirazlara səbəb oldu

saytların hazırlanması

Evə çatdırılma

Bu film Gürcüstanda etirazlara səbəb oldu

Dünya

10 Noyabr 2019 16:06 1311


Gürcüstanın ilk LGBTQ filmi - "Sonra biz rəqs etdik" (And Then We Danced) premyerası Gürcüstanda etirazlara səbəb olub.

BBC News Rusca müxbiri Nina Axmetelinin verdiyi məlumata görə Tbilisi və Batumidə keçirilmiş etirazlarda onlarla insan saxlanılıb.

Levan Akinin çəkdiyi film gürcü rəqslərinin ifaçısı Merabın Gürcüstan Milli Rəqs Ansamblında məşq edərkən öz cinsi orientasiyasını öyrənməsindən bəhs edir. Dördpendirli pizza

Gürcü əslli isveçli rejissor Levan Akin Variety jurnalına müsahibəsində bildirib ki, o, bu filmdə "mühafizəkar cəmiyyətdə homoseksuallığa qarşı mübarizənin çətinliyi, yeni nəsildəki ümidlər və incəsənət və ənənələrin oynadığı roldan" bəhs etmək istəyib.

Sonra biz rəqs etdik filmi Chicago Beynəlxalq Film Festivalı və Sarayevo Film Festivalı da daxil olmaqla, bir neçə mükafata layiq görülüb. Film həmçinin London və Cannes film festivallarında da nümayiş etdirilib.

İsveç bu filmi ən yaxşı xarici film nominasiyası üzrə Oscar-a təklif edib.

Lakin film Gürcüstanda həm dindarların, həm də mühafizəkar qrupların etirazlarına səbəb olub.

Cənab Akin millətçi qrupları tənqid edərək insanları Gürcüstanda "qara qüvvələrə" qarşı mübarizəyə səsləyib.

Gürcüstanın Pravoslav Kilsəsi filmin premyerasını tənqid edib və nümayişi "kilsəyə qarşı hücum" adlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!