Bu gün Xalq artisti, tanınmış xanəndə Mələkxanım Əyyubovanın doğum günüdür.
Müğənni ad günü təəssüratlarını Yenisabah.az- la bölüşüb:
“Ürəyimdə, beynimdə yalnız qələbədir. Ad günümdə də ancaq onu düşünə bilərəm. İnşallah, tezliklə bütün torpaqlarımız alınsın və mən doğum günlərimi orada qeyd edim”. Pepperoni pizza
Sənətçi bu gün ad gününü yalnız ailəsinin əhatəsində keçirəcəyini deyib:
“Yeni yaşımı evdə ailəmlə birgə keçirəcəyəm. Heç efirlərə də getmədim. Hazırda bizim ad günlərimiz də, toyumuz, bayramımız da Qarabağdır, ancaq qələbəni düşünürük. O gün gəlsin ki, xalq olaraq qələbəmizin sevincini yaşayaq. Bircə 30 ilin ağrı-acısından bu millət qurtulsun. Şükürlər olsun ki, ard-arda şad xəbərlər alırıq, dövlət başçımıza o qədər minnətdarıq ki… O, bu xalqı doğurdan sevindirdi. Azərbaycanda yeni bir tarix yazdı. Yeni yaşımda özümün də bir xanım, sənətçi, ana olaraq arzularım var. Övladlarımın sağlamlığı xoşbəxtliyi, xalqımın, dövlətimin salamatlığı ən böyük arzularımdandır. Bilirsiniz, insan tək öz arzuları üçün yaşamır, əgər sənin xalqın sıxıntıda, əziyyətdədirsə, heç vaxt xoşbəxt ola bilməzsən. Mən bunu xalqın sənətkarı kimi deyirəm, heç vaxt tək özümü düşünə bilmərəm, təki bütün xalq xoşbəxt olsun”.
Əsmətxanım
Telegram kanalımız