Bu gün model sevgilisini döyən Ziyanın məhkəməsi olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu gün model sevgilisini döyən Ziyanın məhkəməsi olacaq

Şou

12 İyun 2023 10:49 672


Bu gün model sevgilisi Razi Əliyevaya qarşı zorakılıqda ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilən Ziya Hüseynzadə məhkəmə qarşısına çıxarılır.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Məhkəmə iclası bir neçə dəqiqədən sonra başlayacaq. Dominos pizza

Z. Hüseynzadə ilk olaraq Razi Əliyevanın şikayəti əsasında tutulsa da, sonradan ona qarşı əlavə ittihamlar irəli sürülüb. Ona əzabvermə, xuliqanlıq, oğurluq, əmlakı məhv etmə və başqa maddələrlə cinayət işi başlanılıb.

Təqsirləndirilən şəxs ittihamları qəbul etmir, haqqında deyilənləri qarayaxma kampaniyası adlandırır.

Bundan əlavə, bu hadisə barədə məlumat yayılmazdan bir müddət əvvəl Ziya Hüseynzadənin rəhbərlik etdiyi “PKF Audit Azerbaijan” MMC ilə bağlı cinayət işi açılıb.

Şirkətin Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinə saxta sənədlər təqdim edərək külli miqdarda kredit götürdüyü iddia olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!