Bu gün “Qarabağ”ın oyunu var

saytların hazırlanması

Evə çatdırılma

Bu gün “Qarabağ”ın oyunu var

İdman

27 İyul 2022 10:01 1357


Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Yenisabah.az xəbər verir ki, həlledici görüşdə Azərbaycan çempionu “Qarabağ” İsveçrədə “Sürix”in qonağı olacaq.

İlk matçda Bakıda rəqibini 3:2 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası səfərdə mərhələ adlamağa çalışacaq. Pepperoni pizza

Qeyd edək ki, “Sürix” – “Qarabağ” cütünün qalibi Çempionlar Liqasında “Ferensvaroş” – “Slovan” duelinin güclüsü ilə qarşılaşacaq. İsveçrədəki qarşılaşmada mərhələ keçə bilməyəcək tərəf isə Avropa Liqasında “Linfild” (Şimali İrlandiya) – “Bodo Qlimt” (Norveç) cütünün məğlubi ilə üz-üzə gələcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

27 iyul

21:00. “Sürix” – “Qarabağ”

Baş hakim: Allard Lindhout (Niderland)

Sürix. Letzigrund stadionu

İlk oyun – 2:3


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!