Bu gün qəbul imtahanı var

saytların hazırlanması

Evə çatdırılma

Bu gün qəbul imtahanı var

Sosial

28 Aprel 2019 14:17 803


Dövlət İmtahan Mərkəzi (DİM) bu gün əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsini, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirəcək.

“Yeni Sabah” xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

İmtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.  Sezar pizza

İmtahanda 20180 (Bakıda 9435, Naxçıvanda 985, Gəncədə 2608, Şəkidə 1037, Bərdədə 1339, Göyçayda 848, Şirvanda 1308, Lənkəranda 1565, Xaçmazda 1055) nəfərin iştirakı nəzərdə tutulur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!