Bu gün şəhid olan Seymurun FOTOSU

saytların hazırlanması

Evə çatdırılma

Bu gün şəhid olan Seymurun FOTOSU

Hadisə

15 Fevral 2020 23:41 1254


Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozub və düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub. "Yeni Sabah" xəbər verir ki, Seymur Ələsgərov müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. Rütbəsi gizir olan 1990-cı il təvəllüdlü şəhidimiz Gəncə şəhəri, Kəpəz rayon sakini imiş. Seymur Ələsgərovun hər iki valideyni vəfat edib. Şəhidin cənəzası sabah Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq. /Qafqazinfo
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!