“Elina işi”: Prokuror məktəb direktoruna nə qədər cəza istədi?   Foto+Video

saytların hazırlanması

Evə çatdırılma

“Elina işi”: Prokuror məktəb direktoruna nə qədər cəza istədi? Foto+Video

Kriminal

16 Oktyabr 2019 10:34 1322


Səbail rayon Məhkəməsində Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam etdirilib.

"Yeni Sabah"ın APA-ya istinadən məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında S.Abbasovanın ev dustaqlığı müddəti nəzər alınmaqla 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını istəyib.

Proses oktyabrın 18-ə təyin edilib. Dominos pizza

***

12:00

Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovaya cəza istəniləcək.

"Yeni Sabah" “Qafqazinfo”ya istinadən  xəbər verir ki, artıq Abbasova məhkəməyə gəlib. Məhkəmə prosesi başlayıb. 

Hakim Azər Tağıyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək S. Abbasovaya cəza istəyəcək. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!