Bu gündən milyonlarla telefonda “Whatsapp” işləməyəcək - DİQQƏT!

saytların hazırlanması

Evə çatdırılma

Bu gündən milyonlarla telefonda “Whatsapp” işləməyəcək - DİQQƏT!

Dünya

31 Dekabr 2019 08:03 1708


31 dekabr tarixindən etibarən dünyanın ən məşhur mesajlaşma tətbiqlərindən olan "Whatsapp" milyonlarla telefonda çalışmayacaq.

“Yeni Sabah” xəbər verir ki, bu barədə WhatsApp şirkəti özü məlumat yayıb. Bildirilir ki, "Windows Mobile"a aid olan smartfonlarda "WhatsApp" çalışmayacaq.

Bundan əlavə, "iOS 7" və digər aşağı versiya əməliyyat sistemlərində çalışan "iPhone" modellərində də bu tətbiqi istifadə etmək mümkün olmayacaq. pizza mizza

"Android"də isə 2.3.7 versiyası və digər aşağı versiya əməliyyat sistemləri "WhatsApp"ı dəstəkləməyəcək.

Bu "Android" sistemlər üçün "WhatsApp" dəstəyinin dayandırılması 1 fevral 2020-ci ildə baş verəcək.

Burada bir məqamı qeyd etmək lazımdır. "WhatsApp" dəstəyinin dayandırılması istehlakçıların bu proqramdan istifadə edə bilməyəcəyi anlamına gəlmir.

Yəni, bu tətbiqi yüklədiyiniz köhnə bir cihazınız varsa, göstərilən tarixlərdən sonra "WhatsApp"dan istifadə etməyə davam edə biləcəksiniz. Ancaq bir çox funksiya məhdudlaşdırılacaq.

"WhatsApp" rəsmiləri göstərilən əməliyyat sistemlərində vaxt itirmək əvəzinə daha müasir versiyalar üzərində işləmək istəyirlər.

Baku.ws


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!