Bu halda cərimələnməyəcəksiniz - Sürücülərə ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Bu halda cərimələnməyəcəksiniz - Sürücülərə ŞAD XƏBƏR

Avto

30 Aprel 2020 13:00 1442


Avtomobillərin dövlət nömrə nişanları dəyişdirilərkən, icbari sığorta şəhadətnaməsinə xitam verilməyibsə, yeni şəhadətnamənin alınmasına ehtiyac yoxdur.

Yenisabah.az bildirir ki, bu barədə İcbari Sığorta Bürosu (İSB) məlumat yayıb.

Daxili İşlər Nazirliyi tərəfindən hərəkətdə olan avtomobillərin xüsusi qurğular vasitəsilə aşkarlanması zamanı avtomobilin dövlət qeydiyyat nişanı dəyişsə belə, köhnə sığorta şəhadətnaməsi qüvvədə olduğu təqdirdə, heç bir cərimə tətbiq edilməyəcək. Bu barədə məlumat İSB-nun Elektron İnformasiya Sistemində mövcuddur. Toyuqlu pizza

Qeyd edək ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası “İcbari sığortalar haqqında” qanunun Xüsusi bölməsinin 4-cü fəslində nəzərdə tutulub.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin, fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!