Ermənistanın revaşinst meyilləri sülh prosesinə mane olur
"Bakıda Cənubi Qafqazda dayanıqlı sülhlə bağlı müzakirələrin aparıldığı bir zamanda İrəvanın mərkəzində Azərbaycan və Türkiyə bayraqları yandırırlar. Bu Ermənistan ritorikasını və boş revanşizmi bir daha təsdiq edən faktdır".
Yenisabah.az xəbər veririk, bunu deputat Vüqar Bayramov facebook hesabında yazıb. O qeyd edib ki, belə revaşinst meyillər sülh prosesinə mane olur və elə Ermənistan özü üçün yaxşı nə isə vəd etmir: pizza
“Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı beynəlxalq hüquq və BMT-nin konvensiya və prinsiplərinə uyğun 5 təklif irəli sürüb. Əslində sülh müqaviləsinin imzalanması Ermənistanın bu gün üzləşdiyi ağır iqtisadi və sosial vəziyyətin yumşalmasına gətirib çıxara bilər.
İrəvanda nə etmələrindən asılı olmayaraq Azərbaycan və Türkiyə bayraqları hər zaman ucalarda dalğalanır və daim zirvələrdə olacaq. Mithat Cemal Kuntayın söylədiyi kimi, “bayraqları bayraq yapan üstündəki qandır”. Qanı isə yandırmaq olmur. Bu gün ucalarda dalğalanan hər iki bayraq uğrunda canlarından keçən Şəhidlərimizə Allah rəhmət etsin”.
Cavad Salmanlı
Telegram kanalımız