Doymuş karbohidratlar və yağlarla zəngin qidaların qəbulu zamanla qocalmağa səbəb olur. Bu maddələr insan orqanizminə təkcə qida ilə daxil olmur.
Yenisabah.az xəbər verir ki, Mayo Clinic mütəxəssisləri araşdırma aparıb və müəyyən ediblər ki, şirin qazlı içkilərin tərkibində olan şəkər pis xolesterinin istehsalını stimullaşdırır. Şirələrin istehlakını azaltmaq lazımdır, çünki onların tərkibində çox miqdarda şəkər var.
Süni dadlandırıcı tərkibli içkilər orqanizmə təsir edir və erkən qocalmağa səbəb olur. Alkoqol istər-istəməz görünüşə təsir edir. pizza
Dietoloq Mindi Haar bildirib ki, əgər özünüzə yaxşı baxmaq istəyirsinizsə, o zaman bu kimi içkilərin istifadəsi məhdudlaşdırılmalıdır. Alkoqol xərçəng və qaraciyər xəstəliklərinin inkişafına səbəb ola bilər, qadınlarda isə osteoporoz, hipertoniya və diabeti şiddətləndirir.
Telegram kanalımız