Bu iki futbolçu “Mançester Yunayted”dən ayrılır

saytların hazırlanması

Evə çatdırılma

Bu iki futbolçu “Mançester Yunayted”dən ayrılır

İdman

15 Aprel 2025 17:58 360


Mövsümün sonunda "Mançester Yunayted"i tərk edəcək iki futbolçu müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O, qapıçı Tom Hiton və müdafiəçi Conni Evansın yayda komandadan ayrılacağını bildirib. Hər iki futbolçunun müqaviləsi iyunun 30-na qədərdir. pizza sifarişi

Evans "qırmızı Şeytanlar"ın yetirməsidir. 2015-ci ildə komandadan ayrılan müdafiəçi bir sıra klublarda çıxış edəndən sonra 2023-cü ilin iyulunda yenidən "Mançester Yunayted"ə qayıdıb. 39 yaşlı Hiton da "Mançester Yunayted”in yetirməsidir. Qapıçı 2010-cu ilin yayında komandanı tərk etsə də, 9 ildən sonra doğma klubuna qayıdıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!