Bu iki rayonun mərkəzi xəstəxanasına direktor təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Bu iki rayonun mərkəzi xəstəxanasına direktor təyin olundu

Sağlamlıq

03 Mart 2020 18:10 1287


Neftçala və Astara rayon Mərkəzi Xəstəxanalarına direktorlar təyin olunub. "Yeni Sabah" xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Əliyev Ramiz Bəylər oğlu "Neftçala rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsə, Azadxanov Elnur Ramazan oğlu "Astara rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunub. Qeyd edək ki, TƏBİB tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur. TƏBİB-in fəaliyyətinin əsas məqsədi, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!