Bu il “ASAN Xidmət“dən dövlət büdcəsinə nə qədər vəsait daxil olub?

saytların hazırlanması

Evə çatdırılma

Bu il “ASAN Xidmət“dən dövlət büdcəsinə nə qədər vəsait daxil olub?

İqtisadiyyat

09 Dekabr 2019 19:58 1095


Bu il “ASAN Xidmət” mərkəzlərində toplanmış rüsumlar hesabına dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, 2019-cu il ərzində “ASAN Xidmət” mərkəzlərində toplanmış rüsumlar hesabına dövlət büdcəsinə 53 milyon manat vəsait ödənilib: Toyuqlu pizza

"Artıq 2019-cu ili yekunlaşdırırıq. İlin sonuna qədər vəsait tamamilə ödəniləcək".

Ü.Mehdiyev xatırladıb ki, “ASAN Xidmət” fəaliyyət göstərdiyi müddət ərzində ona xərclənən vəsaiti artıq dövlətə qaytara bilib:

"Bu da “ASAN Xidmət” modelinin maliyyə cəhətdən uğurlu olmasının göstəricisidir. Bu illər ərzində “ASAN Xidmət"lərin fəaliyyətinə və saxlanılmasına 132 milyon manat vəsait ayrılıb. Artıq 135 milyon manat vəsait “ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə qaytarılıb". /report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!