Bu il Azərbaycanda 80 əcnəbi narkotacir saxlanılıb 

saytların hazırlanması

Evə çatdırılma

Bu il Azərbaycanda 80 əcnəbi narkotacir saxlanılıb 

Kriminal

28 Noyabr 2022 11:40 692


Bu il Azərbaycanda qanunsuz narkotik satışı ilə bağlı 80 əcnəbi saxlanılıb. 

"Report" xəbər verir ki, bu barədə rəqəmlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-oktyabar aylarının yekununa dair məlumatda əksini tapıb.

Məsuliyyətə cəlb edilmiş 80 xarici ölkə vətəndaşından 37-si İran İslam Respublikası, 9-u Gürcüstan, 11-i Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna, 1-i Maldiv və 16-sı Rusiya vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 039 kq 711,593 qr və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!