Bu il Azərbaycanda parlament seçkiləri olacaq? -   Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bu il Azərbaycanda parlament seçkiləri olacaq? - Açıqlama

Siyasət

19 İyun 2019 08:57 1791


“Mənə elə gəlir ki, prezidentin sosial sahədə atdığı addımlar bir məqsəd daşıyır - Azərbaycan xalqının rifahını artırmaq”.

Bunu “Yeni Sabah”a açıqlamasında millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. Azərbaycanda əməkhaqqılarının artırılması ilə bağlı prezidentin qərarının bu il ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə əlaqələndirən şərhçilərə cavab olaraq A. Mollazadə qeyd edib ki, bunun hansısa siyasi kampaniya və seçkilərlə heç bir bağlılığı yoxdur.  

“Prezident sosial sahədə islahatları həyata keçirməklə Azərbaycanda peşəkar müəllimlərin təqaüdünü artırmaq, dövlət tərəfindən dəstəyə ehtiyacı olan müəyyən təbəqələrin rifahını qaldırmaq üçün addımlar atır. Dominos pizza

Belə fikrin yaranmasına səbəb bəlkə də budur ki, hansısa təbəqələr çox narahatdır ki, gələn il onların seçkiyə təsir etmək imkanları olmayacaq. Ona görə də gündəmə bu fikri gətirirlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!