Bu il ən çox Ronaldonun əli pulla oynayıb - Reytinq

saytların hazırlanması

Evə çatdırılma

Bu il ən çox Ronaldonun əli pulla oynayıb - Reytinq

İdman

17 Oktyabr 2025 11:09 233


“Forbes” jurnalı 2025-ci ildə dünyanın ən çox qazanan futbolçularının siyahısını tərtib edib.

Yenisabah.az xəbər verir ki, “Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo siyahıda birincidir.

40 yaşlı futbolçu 2025/26 mövsümündə klubla kommersiya müqavilələrindən irəli gələn maddi stimullar və maaşı nəzərə alınmaqla “Əl-Nəsr”da 230 milyon dollar qazanacaq. Sezar pizza

Portuqaliyalı sponsorluq müqavilələrindən əlavə 50 milyon dollar qazanacaq. Bu, 40 yaşlı oyunçunun vergilər və agent komissiyaları çıxılmamış illik gəlirini 280 milyon dollara çatdırır.

İkinci yeri “İnter Mayami”nin və Argentinanın hücumçusu Lionel Messi (130 milyon dollar), üçüncü yeri isə “Əl-İttihad”ın hücumçusu Kərim Benzema (104 milyon dollar) tutur.

2025-ci ilin ən çox qazanan futbolçuları:

1. Kriştiano Ronaldo (Portuqaliya, “Əl-Nəsr”) — 280 milyon dollar

2. Lionel Messi (Argentina, “İnter Mayami”) — 130 milyon

3. Kərim Benzema (Fransa, “Əl-İttihad”) — 104 milyon

4. Kilian Mbappe (Fransa, “Real Madrid”) — 95 milyon

5. Erlinq Haland (Norveç, “Mançester Siti”) — 80 milyon

6. Vinisius (Braziliya, “Real Madrid”) — 60 milyon

7. Məhəmməd Salah (Misir, “Liverpul”) — 55 milyon

8. Sadio Mane (Seneqal, “Əl-Nəsr”) — 54 milyon

9. Cud Bellingem (İngiltərə, “Real Madrid”) — 44 milyon

10. Lamin Yamal (İspaniya, “Barselona”) – 43 milyon.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!