Bu il qəzalarda 77 nəfər ölüb

saytların hazırlanması

Evə çatdırılma

Bu il qəzalarda 77 nəfər ölüb

Kriminal

10 İyul 2019 21:25 1404


Bu ilin 6 ayı ərzində Bakıda qeydə alınan 244 yol-nəqliyyat hadisəsində 77 nəfər ölüb.

“Yeni Sabah” xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini, polis general-mayoru Elxan Həsənov Bakı Şəhər Baş Polis İdarəsində cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidməti fəaliyyətinin digər sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində deyib.

O qeyd edib ki, hesabat müddətində 216 şəxs müxtəlif dərəcəli xəsarət alıb: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 17,6 faiz, ölənlərin sayı 23 faiz, yaralıların sayı isə 15,6 faiz azalıb”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!