“Bu il təqaüd vermədilər, gələn ilə isə mən sağ qalmayacam” - Xalq artisti

saytların hazırlanması

Evə çatdırılma

“Bu il təqaüd vermədilər, gələn ilə isə mən sağ qalmayacam” - Xalq artisti

Mədəniyyət

21 Avqust 2022 15:45 10204


“2 avqust Milli Kino Günü idi. Banket edib, bizi yığdılar. Dedilər ki, “gözləməyin, heç kimə, heç nə olmayacaq”. Bu bir yana. Avqust ayının 17-də doğum günüm idi. Heç bir aidiyyatı qurumlar, televiziyalar, jurnalistlərdən heç kim zəng edib yadına salmadı. Mədəniyyət Nazirliyindən bir nəfər zəng edib təbrik etmədi. Dost-tanış, eşidib bilənlər zəng etdi. Sənətkarın diqqətsiz qalması dəhşətli bir şeydir. İndiyə qədər 70 filmdə əziyyətim olub. Onların 50-də çəkilmişəm, 20-də isə rejissor kimi fəaliyyət göstərmişəm”.

Yenisabah.az xəbər verir ki, bunu Xalq artisti Ənvər Həsənov deyib. O daha sonra əlavə edib.

“İllərdir gözüm yoldadır, prezident təqaüdü gözləyirəm. Fikirləşdim ki, 2 avqust Milli kino günündə vermədilər, heç olmasa ad günümdə verərlər. O da olmadı. Ayaqlarım tutulub, güc-bəla ilə gəzirəm. Yüksək təzyiqim, şəkərim var. Çox əsəbləşib, pis olmuşam. Canım ağrıyır! Daha gözləntim də yoxdur. Mənim 1, 2 il ömrüm qalıb da. Bu il prezident təqaüdü vermədilər, gələn ilə qədər isə mən sağ qalmayacam. Yəqin ki, təqaüd mənə qismət olmayacaq. Mən prezident təqaüdünü ad-san üçün istəmirdim. “Xalq artisti” fəxri adına görə 180 manat məvacib alıram, öz pensiyam da çox cüzidir. Bütün sənətkarlar mükafatlar, təqaüdlər alıb, onlarla dolanır. Mən heç bu məvaciblə dərmanlarımı ala, kommunal borclarımı ödəyə bilmirəm. Təkcə bu deyil axı?! Bunun yeməyi var, içməyi var, geyimi var. Bütün ailə mənim üstümdədir, ailədə işləyən tək mənəm. Mədəniyyət Nazirliyi hara baxır? Mənim xidmətlərimi niyə görməzdən gəlirlər?! İnşallah ki, bu yazınızdan sonra mənimlə zəng edib, maraqlanarlar” deyə sənətkar bildirib. Marqarita pizza

Qeyd edək ki, 17 avqust xalq artisti Ənvər Həsənovun 72 yaşı tamam olub./Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!