Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə dosent Nazilə Salmanova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktoru təyin edilib.
Bu barədə "Yeni Sabah"a ADNSU-dan məlumat verilib.
N. Salmanova ali təhsilini BDU-da biologiya fakültəsində alıb, daha sonra AMEA-nın Polimer Materialları İnstitutunda aspirantura təhsili alaraq elmi fəaliyyətini uğurla davam etdirib. Marqarita pizza
1995-ci ildə “Polimerlərin neft mənşəli antioksidantlarla stabilləşdirilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 2010-cu ildə ona Ali Attestasiya Komissiyası “dosent” elmi adı verib. Hazırda isə “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə doktorluq dissertasiyası üzərində elmi fəaliyyətini davam etdirir.
Telegram kanalımız