Paşinyan rusiyalı oliqarxı məhkəməyə verir:   “Bir ton göbələyi ona yedizdirəcəyəm”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan rusiyalı oliqarxı məhkəməyə verir: “Bir ton göbələyi ona yedizdirəcəyəm”

Siyasət

07 May 2026 19:25 330


Ermənistanın baş naziri Nikol Paşinyan rusiyalı iş adamı, "Güclü Ermənistan" partiyasının sədri Samvel Karapetyana qarşı məhkəmə iddiası qaldıracağını bəyan edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Bildirilib ki, buna səbəb Karapetyanın Paşinyanın Çindən bir tona qədər halüsinogen göbələk gətirdiyi və ictimai çıxışlarından öncə onlardan istifadə etdiyi barədə irəli sürdüyü iddialardır. Sezar pizza

"Mənə Kaluqa oliqarxının bir ton halüsinogen göbələk barədə etdiyi çıxışı göstərdilər. Əlbəttə ki, mən həmin Kaluqa oliqarxını məhkəməyə verəcəyəm və sözün əsl mənasında onu həmin bir ton halüsinogen göbələyi yeməyə məcbur edəcəyəm. Sərt ifadələrimə görə üzr istəyirəm, lakin hər şeyin bir sərhədi var", - deyə erməni baş nazir özünün "Telegram" hesabında qeyd edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!