İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin qərbində təhlükəsizlik qərargahının mühafizə postuna zərbə endirib.
"Yeni Sabah" bildirir ki, “The Tımes of Israel”in xəbərinə görə, zərbə nəticəsində HAMAS-ın 3 üzvü öldürülüb.
Məlumata görə, hücum zamanı daha 4 HAMAS üzvü xəsarət alıb. Dominos pizza
“Reuters“ isə HAMAS rəsmisi Basim Naimə istinadən xəbər verir ki, İsrailin hava zərbəsi nəticəsində ABŞ vasitəçiliyi ilə Qəzzanın gələcəyi üzrə aparılan danışıqlarda HAMAS-ın əsas iştirakçısı olan Xəlil əl-Hayyanın oğlu Azzam əl-Hayya öldürülüb.
Rəsmi bildirib ki, bu zaman HAMAS-ın liderləri Qahirədə İsraillə atəşkəsin qorunmasına yönəlmiş danışıqlar aparıb.
Məlumata görə, Azzam əl-Hayya sürgündə olan Xəlil əl-Hayyanın İsrail hücumlarında ölən sayca dördüncü oğludur./APA
Telegram kanalımız