Xanlar Vəliyevin qardaşı vəzifədən azad olundu - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Xanlar Vəliyevin qardaşı vəzifədən azad olundu - FOTO

İqtisadiyyat

08 May 2026 14:35 683


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “19 №-li Yol İstismarı” MMC-nin direktoru Şahlar Vəliyev vəzifəsindən azad olunub.

“Yeni Sabah” İqtisadiyyat.az-a istinadla bildirir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli Əmr imzalayıb.

Məlumata görə, “19 №-li Yol İstismarı” MMC-yə rəhbərlik İntiqam Həsənova həvalə olunub. Dördpendirli pizza

Ş.Vəliyev sayta açıqlamasında təqaüd yaşına çatdığına görə vəzifəsindən azad edildiyini bildirib.

Xatırladaq ki, Şahlar Rüstəm oğlu Vəliyev 1958-ci ildə Yevlax şəhərində anadan olub. O, 2018-ci ilin mart ayından “19 №-li Yol İstismarı” MMC-yə rəhbərlik edirdi, daha əvvəl 2011-2018-ci illərdə isə Yevlax Telekommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Ş.Vəliyev Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin qardaşıdır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!