Məşhur cütlüyün əllərindən alınan övladları qaytarıldı -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Məşhur cütlüyün əllərindən alınan övladları qaytarıldı - FOTO

Sosial

08 May 2026 13:24 309


Ötən il xaricdə yaşayan azərbaycanlı ailə - Məhəmməd Quliyev və Gültac Abdullayevanın himayəsindən alınan övladları Dəniz və Araz  yenidən ailələrinə qaytarılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Gültac Abdullayeva sosial media hesabında paylaşım edib.

O bildirib ki, bir il davam edən məhkəmə prosesindən sonra həqiqətlər ortaya çıxıb və uşaqlara qarşı zorakılıq iddiaları təsdiqini tapmayıb. Sezar pizza

"Uzun və çətin keçən məhkəmə prosesində hər şey öz həllini tapdı. Uşaqlarımıza qarşı heç bir şiddət göstərilmədiyi sübut olundu. Baş verənlərin böyük bir anlaşılmazlıq olduğu məlum oldu. Şükür ki, bu gün balalarımıza yenidən qovuşduq".

G.Abdullayeva həmçinin bildirib ki, bu prosesdə onlara aparıcı Xoşqədəm Baxşəliyeva köməklik edib. 

Aydan Hacı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!