Bakının mərkəzində yerləşən restoranlardan birinin qarşısında dirəyə bağlanan sahibsiz dəvə ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Məsələ agentliyin nəzarətinə götürülüb və hazırda müvafiq araşdırmalar aparılır. Marqarita pizza
Sosial şəbəkələrdə yayılan görüntülərdə dəvənin paytaxtın mərkəzində yerləşən “İva” restoranının qarşısında dirəyə bağlandığı əks olunub. Hadisə qısa müddətdə geniş müzakirələrə səbəb olub.
“Yeni Sabah”ın araşdırması zamanı məlum olub ki, hazırda “İva” restoranı müvəqqəti fəaliyyət göstərmir. Yaxınlıqda yerləşən “D’Olivo” restoranından isə bildirilib ki, heyvanın onlara heç bir aidiyyəti yoxdur və hadisə barədə məlumatlı deyillər.
Aytac Əliyeva
Telegram kanalımız