Bu komitənin yeni tərkibi seçilib

saytların hazırlanması

Evə çatdırılma

Bu komitənin yeni tərkibi seçilib

Sosial

30 Mart 2019 14:25 705


Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin yeni tərkibinin seçilməsi ilə bağlı təsis iclası keçirilib.

Bu barədə “Yeni Sabah”a nazirlikdən bildirilib.

Məlumata görə, iclasa sədrlik edən nazir müavini Seyfəddin Talıbov həmkarlar ittifaqı komitələrinin cəmiyyətdəki rolu, yeni formalaşdırılan qurumun məqsəd və vəzifələri barədə məlumat verib. Toyuqlu pizza

İclasda təşkilati məsələlərə baxılıb, 7 nəfərdən ibarət İdarə Heyətinin, o cümlədən 3 nəfərdən ibarət təftiş komissiyasının yeni tərkibi müəyyənləşdirilib.

Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin baş məsləhətçisi Fuad Məmmədov Həmkarlar İttifaqı Komitəsinin sədri, İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini İlham Süleymanov isə Komitənin sədr müavini seçilib.

İclasda çıxış edənlər həmkarlar ittifaqı komitələrinin əmək münasibətlərinin tənzimlənməsində rolu, işçilərin əmək hüquqlarının qorunması, iqtisadi və sosial mənafelərinin təmin olunmasında əhəmiyyətindən bəhs ediblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!