Bu mağazada saxta alkoqollu içkilər tapıldı -   Yoxlama

saytların hazırlanması

Evə çatdırılma

Bu mağazada saxta alkoqollu içkilər tapıldı - Yoxlama

Sosial

17 Fevral 2026 14:40 374


Mingəçevirdə mağazalarda aşkarlanan saxta alkoqollu içkilərin satışı qadağan edilib.

Bu barədə “Yeni Sabah”a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentlik əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mingəçevir şəhərinin Puşkin küçəsi, ev 20 ünvanında fəaliyyət göstərən alkoqollu içkilərin satışı mağazasında və Xocalı küçəsi, ev 6 ünvanında fəaliyyət göstərən qida məshullarının satışı mağazasında saxta alkoqollu içkilər müəyyən edilib. pizza sifarişi

Hər iki mağazada içkilərin etiketində istehsalçı adı, ünvanı, VÖEN və s. barədə məlumatların qeyd edilmədiyi, müvafiq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb.

Mağazalarda aşkarlanan “Настояшая”, “Forest Line Organic”, “Kapitan”, “Organic Marka”, “Native Nectar”, “Qərbi Azərbaycan”, “Brend Line” əmtəə nişanlı saxta alkoqollu içkilərin satışının qadağan olunması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Materialların hüquq mühafizə orqanlarına göndərilməsi nəzərdə tutulub.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!