Bu maskalar insanın koronavirusa yoluxub-yoluxmadığını təyin edəcək

saytların hazırlanması

Evə çatdırılma

Bu maskalar insanın koronavirusa yoluxub-yoluxmadığını təyin edəcək

Maraqlı

29 İyun 2021 14:22 883


ABŞ-dan olan mütəxəssislər insanın koronavirusa yoluxub-yoluxmadığını müəyyən etməyə imkan verən qoruyucu maska hazırlayıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Massaçusets Texnologiya İnstitutunun saytında dərc edilmiş məqalədə məlumat verilir.

İnstitutun mütəxəssisləri Harvard Universitetindən olan həmkarları ilə birgə taxılıb-çıxarılan kiçik cihaza malik maska prototipi yaradıblar. Dominos pizza

Maskanı taxandan təxminən saat yarım sonra cihaz nəticəni təqdim edir. Məxfiliyi qorumaq məqsədilə cihazı elə qurmaq olur ki, onun məlumatları ətrafdakılara görünməsin.

Məqalədə qeyd edilir ki, bu tip cihazlardan hələ Ebola və Zika viruslarına yoluxmanı aşkarlamaq üçün də istifadə edilib.

Xatırladaq ki, epidemiyanın baş qaldırmasından sonra ABŞ-da 33,6 milyon insan koronavirusa yoluxub, onlardan 604 min nəfəri vəfat edib. Hər iki göstərici baxımından ölkə dünya üzrə birinci pilləni tutur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!