Braziliyalı neyrocərrah Dr. Jacinto Lay 18 ayda ikinci dəfə təyyarə qəzasından sağ çıxıb.
Yenisabah.az xəbər verir ki, 50 yaşlı həkimin mindiyi təyyarə Teresina şəhərindəki avtomobil yolunda mühərrik nasazlığı səbəbindən təcili eniş etməyə cəhd edib.
Qəza anı təhlükəsizlik kameralarına düşüb. Təyyarə mikroavtobus və motosikletə çırpıldıqdan sonra avtobus dayanacağına düşüb. Lay dağıntılar altından çıxarılaraq xəstəxanaya çatdırılıb. O, kəllə-beyin travması alıb və ayağı sındığı üçün əməliyyat olunub. Həkimin vəziyyəti ağır, lakin stabildir. pizza sifarişi
Maraqlıdır ki, Lay ötən ilin martında baş verən təyyarə qəzasından da sağ çıxıb. Bundan əlavə, onun təyyarəsi 2023-cü ilin yanvarında narkotik tacirləri tərəfindən oğurlanıb və daha sonra təyyarə narkotiklə yüklənmiş halda qəzaya uğrayıb.
Aytac Şahin
Telegram kanalımız