Bu meyvə   UCUZLAŞACAQ - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Bu meyvə UCUZLAŞACAQ - SƏBƏB

İqtisadiyyat

06 Avqust 2025 16:16 6194


Avqust ayında Quba rayonunda baş verən güclü külək bir çox meyvə bağlarında məhsulun məhv olmasına səbəb olub.

Fermerlərin sözlərinə görə, küləyin təsirindən məhsulun böyük hissəsi yerə tökülüb və yararsız hala düşüb:

"Armud bağımda məhsulun 70-80 faizi yerə tökülüb. Dərman aldığımız firmalara borcumuz var, bu qədər az məhsulla həmin borcları ödəyə bilməyəcəyik. Hər il bir hektardan 20-25 min manat gəlir əldə edirdik, bu il isə maksimum 2-3 min manat götürəcəyik", - deyə fermerlərdən biri bildirib. pizza mizza

Fermerlərin dediyinə görə, bağlarını sığortalaya bilməyiblər, çünki bunun üçün maddi imkanları yoxdur.

"Belə güclü külək nadir hallarda baş verir. Sentyabrda yetişməli olan meyvələr vaxtından əvvəl yerə töküldü. Dərmanların pulunu ödəyə bilmirik, sığorta isə çox baha başa gəlir, buna imkanımız çatmır", - deyə başqa bir fermer qeyd edib.

Ekspertlərin sözlərinə görə, bu halda məhsul bol olarsa, qiymətlərdə ucuzlaşma gözlənilir./Milli.Az /


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Məzahir
    Bərəkəllah! Məntiqinizə keçə yamayım. Daha külək meyvələri zay edəndən sonra necə bolluq olacaq ki, ucuzlaşsın da? ????
    9 months ago