Bu müəllimlərin maaşı artacaq - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bu müəllimlərin maaşı artacaq - RƏSMİ

Sosial

24 Sentyabr 2024 15:41 5877


Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

 Qeyd olunub ki, nəticələr barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az üzərindən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər. pizza sifarişi

Təkrar sertifikatlaşdırmanın müsahibələrində 3 393 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Müsahibələrdə 99 faiz davamiyyət qeydə alınıb.

 Təkrar sertifikatlaşdırmadan keçən 3 252 təhsilverənin vəzifə maaşına 35 faiz, 24 təhsilverənin isə 10 faiz artım tətbiq olunacaq.

 Qeyd edək ki, müsahibə mərhələsinin apellyasiya müraciətləri 25 sentyabr saat 12:00-dan qəbul olunacaq. Müəllimlər şəxsi kabinetlərinə daxil olaraq 24 saat ərzində apellyasiya müraciəti edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!