Bu müəssisələrdə KIV-lə işləməyə məsul olan şəxslər müəyyənləşəcək

saytların hazırlanması

Evə çatdırılma

Bu müəssisələrdə KIV-lə işləməyə məsul olan şəxslər müəyyənləşəcək

Sağlamlıq

30 Yanvar 2020 11:20 1036


İcbari tibbi sığorta sisteminin tətbiq olunduğu ərazilərdəki böyük tibb müəssisələrində KİV-lə işləməyə məsul olan şəxslər müəyyən ediləcək.

“Yeni Sabah” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib.

Onun sözlərinə görə, müəssisələr hər kəsin məlumat almaq hüququnu təmin etmək məqsədilə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin etməli və yaxud informasiya xidmətləri göstərən struktur bölmə yaratmalıdır:  Dominos pizza

"Hər hansı iş başlayanda müəyyən gecikmələr ola bilər. Tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyində olarkən belə xidmət verilmirdi. Hər hansı məsul şəxs yox idi. Biz indi bu sistemi qururuq. Yaxın zamanlarda KİV nümayəndələri xəstəxanalara müraciət edəndə həmin şəxslərlə əlaqə saxlayacaqlar".

Ş.Eyvazov əlavə ki, KİV nümayəndəsinin informasiya əldə etmək üçün tibb müəssisəsinə müəyyənləşdirilmiş xüsusi saatlarda girişi təmin ediləcək. (Trend)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!