Məktəbli və 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharlı ölümü, ölkəmizə güclü ictimai sarsıntı gətirib. Səbəb və səbəblər üzərində düşünülür... Səbəb aydınlaşma düşüncəsində bilavasitə ən dar dairədən, ən geniş dairəyə gedib çıxmaqla, bu ağrılı məsələni hərtərəfli və tam əhatə edək.
Ölüm-intiharın bilavasitə səbəbi
Bilavasitə ölüm səbəbindən başlayaq, ekspert nəzərindən. Ölüm daxili qanaxma və ağrı şoku nəticəsində baş tutub, intiharda yüksəklikdən düşmə ilə əlaqədar kəllə beyin, gövdə və ətraf sümüklərin komplekt travması və daxili orqan-üzvlərin zədələnməsi nəticəsində. Vaxtında və keyfiyyətli tibbi yardım göstərilsəydi, mümkün olardımı qızın həyatını xilas etmək? Ola bilərdi, olmaya da, bunu meyitin müayinəsi ayırd edər, həkim-personalın da hərəkətini aydınlaşdırıb. pizza
Ölümün intihar səbəbi, kriminalist nəzərindən, son ərəfədə qızı özünü öldürməyə vadar edən faktor. Məktəbdə yuxarı, 11-ci sinif şagirdi bir nəfər oğlanın qızı cinsi, fiziki və mənəvi təqibə məruz qoyması, kollektiv içində aşağılamasilə onu gülüş-rişxənd təzyiqli psixoloji-emosional son həddə çatdırması. Bu faktla bağlı, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanmalıdır, həmin oğlan (oğlanlar) dərhal həbs olunmalıdır.
Bu yerdə, dövlət və cəmiyyətin diqqətini xüsusi vacib məsələyə dəvət edim. Demək olar, bütün orta məktəblərdə bu mənzərə var. Yuxarı 10-11-ci sinif oglan şagirdlər var, aşağı 8-9 və hətta 7-ci sinif qızlarını mütəmadi seksual, fiziki, moral təqib, təzyiq, təhdid altında saxlayırlar. Günləri-axşamları qəlyanxana, gecə klublarında keçən, kriminal aləm insanları ilə oturub-durub, narko-vasitələr qəbul edən bu oğlanlar, orta məktəbə yalnız özünü göstərmək, azyaşlı qızları yoldan çıxarmaq üçün "baş çəkirlər". Bununla da bağlı valideyinləri ehtiyatlı tədbirli olmağa çağırıram təhlükəyə qarşı. Hətta məktəblərdə bu oğlanlar vasitəsilə kriminal aləmin təzyiq təsir qaydaları da qoyulur şagirdlər və hətta bəzən müəllimlər üzərində! Bunu da yerli polis orqanları, məktəb rəhbərləri, valideyinlər də ciddi diqqətə alsınlar!
Ölüm-intiharın sosial-inzibati səbəbləri
Hadisəyə daha geniş, istintaq-inzibati tərəfdən baxaq. Azyaşlı qızlarının təlim-tərbiyə, davranış və həyatının diqqətdən kənar qalmasında onun valideyinlərinin böyük günahı var. Yəni valideyin borcu, məsuliyyəti olmayıb heç. Elinanın başına gələn və ya gətirilənlər barədə xəbərsiz olan, ya xəbəri olub, biğanə qalan valideyinlər barədə də araşdırma aparılmalı, məsuliyyət daşımalıdırlar.
Məktəbin direktoru, onun rəhbərlik etdiyi tədris müəssisəsində intihara gətirib çıxarmış durum və aşağı təlim-tərbiyə səviyyəsinə görə dərhal vəzifəsindən azad olunmalıdır. İstintaqın gedişi və nəticəsindən asılı olaraq müvəqqəti yox! Və istintaqın nəticəsindən asılı olaraq, onun ağır xəsarətlər almış şagirdi, öz məktəb içi qaranlıq idarəçilik əməlləri, adının səs-küyə düşməməsi səbəbiylə, kabinetində saxlayıb, ona təcili tibbi yardımın qarşısını alması əməlnə görə cinayət işi qaldırılması başqa məsələdir. Mərhum qızla əlaqəli-aidiyyətli müəllimlər, məktəb psixoloqu və digər tərbiyəyə məsul şəxslərin və ümumən rayon təhsil şöbəsinin fəaliyyəti yoxlanılmalıdır.
Ölüm-intiharın ictimai-dövləti səbəbləri
Elinanın intiharı əslində bizim dövr və cəmiyyət üçün adi, sıradan bir məsələ və olmalı məntiqli nəticədir. Sadəcə, bizdəki ümumi psixoz durum bunu görməyə imkan vermir və ən nadir hadisə sensasiya baş vermiş kimi, qiyamət qopardırıq.
Bu qızın intihar formalı ölümü məktəb toplumu qarşısında, video-lentə alınıb, aləmə yayılmaqla və pəncərədən atılma nümayişkarlığı ilə diqqəti cəlb edib. Bəs diqqət cəlb etməyən yüzlər və ya minlərlə stress əsaslı ölüm intiharı, xəstəlikləri?
Nədir bizi kütləvi suisidə gətirən hal? Bu halda ümumi səbəb axtarmalıyıq, geniş yanaşmaqla, məktəbin direktoru, valideyin, ya hansısa oğlan kimi kiçicik detallar üzərində baş sındırma yox, bunları istintaqçı, inzibatçılar da ayırd edə bilər. Cəmiyyətimiz, insanlar böyük gərginlik içindədir.
Səhər açılandan axşamacan insanlar bir-birinə hirs-hikkəli təzyiqdə, çəkişmədə, aşağılamada. Hər sahədə qırğın, basabasdır. Gömrük-keçidin hay-küyündən tutmuş, siyasi qalmaqallara kimi. Bu dartışma-itələşməklə də, hər gün zəif halqa insanlarımızı ölümə itələyib, çıxdaş, yox edirik!
Elina da, ailə-məktəb mühiti dartışmasının zəif halqası oldu. Və o ətrafdakı hamının "çalışma-səyi" ilə çıxdaş edildi. Növbə növbəti elinaların, bu dəfə başqa sahələrdə. Nəsə əzirik sındırırıq, qırırıq bir-birimizi, latent ıç savaşında olan kimi.
Bu mənəvi əyintilərin və ümumcəmiyyət stress durumunun da, əsil köklü səbəbi yuxarı məmur təbəqə haqsızlıq, soyğunçuluq, vicdansızlığıdır ki, aşağılara ötürülür. Kütləvi deqradasiyadır bu. Bu cür idarəçilik əslində, idarəçisizlik deməkdir.
Bu gedişlə bütün ölkə Elina kimi intihara doğru gedir. Ölkə, Azərbaycan tamamilə dəyişməlidir!
İlqar Altay
Telegram kanalımız