Bu ölkə Azərbaycana nə verir? – Yeni imkanlar...

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkə Azərbaycana nə verir? – Yeni imkanlar...

İqtisadiyyat

10 İyul 2025 15:03 690


“Ümumilikdə bizim BƏƏ ilə iqtisadi və siyasi əlaqələrimiz çox sıxdır. Başlıca olaraq, biz energetika sahəsində əməkdaşlıq edirik. Ən prioritet istiqamətlərdən biri olan alternativ enerji sektorunda da birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu sahəyə BƏƏ maraq göstərir və investisiya qoyuluşu ilə bağlı müəyyən razılaşmalar mövcuddur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib. O, bildirib ki, Körfəz ölkələri Azərbaycan üçün olduqca sərfəli bazardır:

“Cənab prezident Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdədir. Bu səfər çərçivəsində bir çox iqtisadi müqavilələrin bağlanması və ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı məsələlər öz həllini tapacaq. Ümumilikdə bizim BƏƏ ilə iqtisadi və siyasi əlaqələrimiz çox sıxdır. Başlıca olaraq, biz energetika sahəsində əməkdaşlıq edirik. Ən prioritet istiqamətlərdən biri olan alternativ enerji sektorunda da birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu sahəyə BƏƏ maraq göstərir və investisiya qoyuluşu ilə bağlı müəyyən razılaşmalar mövcuddur. Digər tərəfdən, biz kənd təsərrüfatı məhsullarının Körfəz ölkələrinə, o cümlədən BƏƏ-yə yüksək ixracını planlaşdırırıq. Eyni zamanda turizm sahəsində də ikitərəfli əməkdaşlığımız xeyli yüksək səviyyədədir. Sadaladığım sahələrin daha da inkişaf etdirilməsi ölkə iqtisadiyyatına ciddi töhfələr verəcək”. Toyuqlu pizza

Deputat vurğulayıb ki, müstəqil iqtisadi siyasətin də ən başlıca amillərindən biri öz iqtisadiyyatını şaxələndirməsidir və Azərbaycan bunu uğurla icra edir:

“Ümumiyyətlə ölkəmizdə aparılan iqtisadi siyasətin ən başlıca istiqaməti və strategiyası ondan ibarətdir ki, biz ixracımızı şəxələndirilmiş şəkildə həyata keçiririk. Azərbaycan iqtisadiyyatı hər hansı bir mənbədən, mərkəzdən yaxud dövlətdən asılı deyil. Müstəqil iqtisadi siyasətin də ən başlıca amillərindən biri öz iqtisadiyyatını şaxələndirməsidir. Xüsusən də ixrac sahəsində. Azərbaycan məhsullarına istər Avropa, istər Çin istərsə də Körfəz bazarında çox ciddi ehtiyac və tələb var. Düzdür, bizim Rusiya ilə ənənəvi ticarət və iqtisadi əlaqələrimiz var, amma onlar bizimlə bu sahədə əməkdaşlığı məhdudlaşdırsalar, Azərbaycanın digər ölkələrlə iqtisadi əlaqələri çərçivəsində kənd təsərrüfatı məhsullarının ixracı üçün alternativ bazarlar mövcuddur”.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalanıb. Saziş iki ölkənin prezidentləri İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə imzalanıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!