Bu ölkədə koronavirus geri qayıtdı:   23 min yeni yoluxma

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə koronavirus geri qayıtdı: 23 min yeni yoluxma

Dünya

03 May 2022 15:51 266


Tayvanda sürətlə yayılmağa davam edən Covid-19 epidemiyasına son 24 saatda 23 min 139 yeni yoluxma halı aşkarlanıb.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Tayvanda Covid-19-a yoluxma halları artmaqdadır. Tayvanın səhiyyə naziri Chen Shih-chung mətbuat konfransında gündəlik yoluxma sayının 23,139 olduğunu və 5 nəfərin öldüyünü açıqlayıb. 

Ölkədə yoluxma sayının əvvəlki günə nisbətən 29 faiz artdığını bildirən Chen, may ayının sonuna qədər bu rəqəmin 200 minə yaxınlaşacağı ilə bağlı xəbərdarlıq edib. pizza

Qeyd edək ki, ölkədə ümumi yoluxma sayı 173 942 olduğu müəyyən edilərkən, Covid-19 səbəbiylə 876 nəfər dünyasını dəyişib.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!