Bu ölkədə siçana nəhəng heykəl qoyuldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə siçana nəhəng heykəl qoyuldu - Foto

Dünya

30 Dekabr 2019 07:53 1362


Yaponiyada Tatsumizu şintoist məbədinin qarşısında nəhəng siçan abidəsi ucaldılıb.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, dekabrın 29-da açılışı baş tutan heykəl 2020-ci ilin rəmzini, yəni siçan ilini özündə əks etdirir.

Üç metr hündürlüyündə olan heykəl könüllülər və uşaqlar tərəfindən bir neçə ay ərzində penoplastdan hazırlanıb. Sezar pizza

Bildirilib ki, hər il Şərq təqvimi ilə növbəti ilin rəmzini düzəltməklə Yeni ildə xoşbəxtlik və bol məhsul üçün dualar edir, heykəlin əlində tutduğu qızıl məşəl isə 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı yapon idmançıların daha çox qızıl medal qazanmaq arzusunu ifadə edir.

Sabrina Eldarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!