Dostunu ziyarətə gələn turist Şəkidə öldü

saytların hazırlanması

Evə çatdırılma

Dostunu ziyarətə gələn turist Şəkidə öldü

Kriminal

13 İyul 2019 12:00 1328


Azərbaycana turist kimi səfər edən 46 yaşlı Moldova vətəndaşı Şəkidə ölüb.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, Moldovadan Şəki şəhərində yaşayan dostunun ziyarətə gələn, 1973-cü il təvəllüdlü Nikolay Şerbanın səhhəti dostunun evində qəfildən pisləşib.

Hadisə yerinə çağırılan Təcili Yardım Şöbəsinin əməkdaşları N. Şerbanı müayinə etdikdə, onun öldüyü müəyyən olunub.

İlkin araşdırmalara görə, N. Şerbanın ürək tutmasından öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!