İtaliyanın təhsil naziri Lorenzo Fioramonti tutduğu vəzifədən istefa verib.
"Yeni Sabah" xarici mediaya istinadən xəbər verir ki, nazir buna səbəb olaraq, 2020-ci il büdcəsində təhsilə ayrılan vəsaitin az olmasını göstərib.
Lorenzo Fioramonti bildirib ki, məktəb və universitetlərin yenidən qurulması və ya vəziyyətinin yaxşılaşdırılmasına milyonlarla avro vəsait lazımdır, amma hökumət bu məbləği ayırmaq fikrində deyil. Nazirin istefa ərizəsi artıq Baş Nazir Cüzeppe Konteyə təqdim olunub. pizza
Xatırladaq ki, nazir növbəti ilin büdcəsində təhsil islahatları üçün 3 milyard avro vəsait ayrılmayacağı təqdirdə vəzifəsindən gedəcəyini hələ sentyabrda açıqlamışdı.
Hazırda parlamentdə son müzakirəsi aparılan büdcə layihəsi dekabrın 30-da təsdiqlənəcək.
Telegram kanalımız