Xəbər verdiyimiz kimi Avro-2020-nin seçmə mərhələsində Uels yığması ilə səfərdə qarşılaşan Azərbaycan milli komandası 1:2 hesabla məğlub olub.
Futbol eksperti Aslan Kərimov “Yeni Sabah”a açıqlamasında oyunu bu cür şərh edib:
“Birmənalı olaraq, biz keyfiyət baxımından rəqiblərimizdən qat-qat aşağıdayıq. İstənilən oyunçumuzu rəqib komandanın oyunçusu ilə müqayisə edəsi olsaq, biz onlardan aşağıdayıq. Nəyin hesabına biz uğurlu nəticə qazana bilərdik? Yalnız kompatlığın, mübarizliyin hesabına. Amma belə deyək, keyfiyyət baxımdan rəqibdən aşağı olduğumuza görə nəticə də belə olmalıydı. Hesab edirəm ki, böyükhesablı nəticəylə də uduza bilərdik. Oyunçularımızın yaxşı, mübariz oyun göstərməsi 1:2 hesablı məğlubiyyətə gətirib çıxardı”. pizza mizza
Sabiq futbolçu məğlubiyyətlərin səbəbini çempionatın səviyyəsində gödüyünü xüsusilə vurğulayıb:
“Qlobal dəyişiləsi bir şey olmayacaqdı və 8 komandalı çempionatda iştirak edirlərsə, bu oyunçularla nəyəsə nail olmaq çox çətindir“.
Qeyd edək ki, qrupdakı son 4 oyunda da məğlub olan millimiz sonuncu pillədə qərarlaşıb.
Naibə

Telegram kanalımız