“Bu oyunlara son qoyulmalıdır” – Asim Mollazadə

saytların hazırlanması

Evə çatdırılma

“Bu oyunlara son qoyulmalıdır” – Asim Mollazadə

Siyasət

23 Sentyabr 2019 18:55 1198


Ermənistanın rəhbərliyi heç bir irəliləyişə, hansısa müsbət addım atmağa hazır deyil.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri deputat Asim Mollazadə Yeniavaz.com-a bu gün ABŞ-da keçiriləcək Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə münasibət bildirərkən deyib.

Azərbyacanın danışıqlar prosesi zamanı sərt mövqe qoymalı olduğunu qeyd edən A. Mollazadə bildirib: “Mən bu görüşlərdən heç bir şey gözləmirəm. Əslində mənə elə gəlir ki, artıq Azərbaycan öz sərt mövqeyini vasitəçilər qarşısında qoymalıdır. Çünki Ermənistan rəhbərliyinin bəyanatları, Zöhrab Mnasaknyan (Ermənistan Xarici İşlər Naziri red.) oyunları danışıqlar prosesini kobud sürətdə pozur. Və bu istiqamətdə Azərbaycan Beynəlxalq təşkilatlardan tələb etməlidir ki, bu oyunlara son qoyulsun. Bu danışıqların imitatsiyası heç bir şey vermir. Azərbaycanın mövqeyi daha sərt olmalıdır. Bunlar beynəlxalq ictimaiyyətdə yanlış mövqe formalaşdırırlar ki, guya bu istiqamətində danışıqlar var”. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!